ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən seçiləcəyi təqdirdə səhhətində problemlər yaranarsa, dövlət başçısı vəzifəsini tərk etməyə hazır olacaq. Bu barədə TASS məlumat yayıb.
O, belə bir bəyanatla Qaradərili Jurnalistlərin Milli Assosiasiyasının Çikaqoda keçirilən illik qurultayı zamanı çıxış edib. Jurnalistin koqnitiv problemləri olduğu halda prezident postunu tərk edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp müsbət cavab verib.
“Bəli, bunu edə bilməyəcəyimi başa düşsəm, bunu edərdim. Mən istərdim ki, prezidentliyə namizəd olan hər kəs qabiliyyət imtahanından keçsin, məncə, bu, əla ideyadır”, - o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.