AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan Ukraynadakı sülhməramlı missiyasının başa çatdığını elan edib

  • + A
  • - A
  • 1-08-2024, 15:34

    Macarıstan Ukraynadakı sülhməramlı missiyasının başa çatdığını elan edib

    Macarıstan hakimiyyəti Avropa İttifaqının (Aİ) üzvlərini Budapeştin Ukraynaya sülhməramlı missiyasını başa çatdırdığına inandırıb. Bu barədə “El Pais” qəzeti mənbələrə istinadən yazır.

    Məqalədə Moskvaya yaxınlıq səbəbindən Budapeşt və Brüssel arasında münasibətlərin böhranı, Kiyevə hərbi yardımın qarşısının alınması, baş nazir Viktor Orbanın Rusiya, Çinə səfərləri və Donald Trampla görüşdən bəhs edilir. Qəzet yazır ki, oxşar hərəkətlər Aİ ölkələri və Avropa qurumlarının qəzəbinə səbəb olub.

    El Pais mənbələrinin məlumatına görə, polemikadan sonra Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka siyasi assosiasiyanın dövlətlərinə nota göndərib və orada Macarıstanın öz missiyasını başa çatmış hesab etdiyinə inandırıb. Bununla belə, Avropa İttifaqı hesab edir ki, Orban hər an öz səylərini bərpa edə bilər, məqalədə qeyd olunur.

    İyulun 5-də Kiyevə səfərindən sonra Viktor Orban Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Digər məsələlərlə yanaşı, onlar Ukraynadakı münaqişənin həlli yollarını müzakirə ediblər. İyulun 8-də Macarıstanın Baş naziri Pekinə səfər edib və burada bəyan edib ki, Budapeşt Aİ ilə Çin Xalq Respublikası arasında əməkdaşlığa tərəfdardır. Çindən sonra NATO sammiti üçün Vaşinqtona gedən Orban, daha sonra ABŞ prezidentliyinə namizəd Donald Trampla da görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR