Funke xəbər verir ki, Türingiya federal əyalətinin baş naziri Bodo Ramelov Avropa ölkələrini Rusiya ilə təcavüz etməmək haqqında paktı imzalamağa çağırıb. Onun sözlərinə görə, qitənin Rusiya Federasiyasının daxil olacağı yenilənmiş təhlükəsizlik sisteminə ehtiyacı var.
Bizə Rusiyanın da daxil olduğu Avropa sülh nizamı lazımdır. Ramelov bildirib ki, bütün iştirakçı dövlətlər hücum etməmək haqqında pakt bağlamalı və Avropa qitəsində münaqişələrin həllinə yönəlmiş müdafiə ittifaqı yaratmalıdırlar.
Onun fikrincə, AFR-ə öz adını doğrultacaq yeni milli müdafiə ordusu lazımdır. O, NATO-nun əleyhinə olmadığını, mövcud təhlükəsizlik sisteminin yenidən qurulmasının tərəfdarı olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.