AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan yenidən KTMT təlimlərində iştirakdan imtina edib

  • + A
  • - A
  • 6-08-2024, 02:06

    Ermənistan yenidən KTMT təlimlərində iştirakdan imtina edib

    Ermənistan sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimində iştirak etməyəcək. Bu batədə təşkilatın saytı xəbər verir.
    "Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını bildirib", - məlumatda deyilir.
    “Parlamentskaya qazeta”nın yazdığı kimi, fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını dayandırdığını bəyan edib. Onun sözlərinə görə, Azərbaycanla müharibə zamanı Ermənistana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi yerinə yetirilməyib. İrəvan da təşkilatları maliyyələşdirməyi dayandırıb.
    İyulun 4-də ABŞ prezidenti Co Baydenə ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik teleqramında Paşinyan bəyan edib ki, İrəvan və Vaşinqton münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazır olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR