AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar etirazlara görə Maskanı Britaniya parlamentinə çağırmaq istəyiblər

  • + A
  • - A
  • 6-08-2024, 23:11

    Deputatlar etirazlara görə Maskanı Britaniya parlamentinə çağırmaq istəyiblər

    Böyük Britaniyanın İcmalar Palatası amerikalı milyarder, X şirkətinin sahibi İlon Maskı ölkədə kütləvi iğtişaşlarla bağlı sosial şəbəkədə dərc olunan bəyanatlara görə parlamentə çağırmaq niyyətindədir. Bu barədə “Politico” yazır.
    Belə ki, parlamentin Elm, innovasiya və texnologiya komitəsinin rəhbərləri vəzifəsinə namizədliyini irəli sürən Leyboristlər Partiyasının nümayəndələri Çhi Onvura və Don Batler Maskdan və digər İT şirkətlərinin rəhbərlərindən tələb edəcəklərini bildiriblər.
    Eyni zamanda, Batler X sosial şəbəkəsində "bir sıra təhqiramiz mesajlar"dan şəxsən şikayət etdiyini, lakin administrasiyanın onları silməyi lazım bildiyini görüb.
    Böyük Britaniyada miqrantlara qarşı kütləvi etirazlar və iğtişaşlar iyulun sonunda 17 yaşlı yeniyetmənin Southport şəhərindəki uşaq rəqs studiyasına bıçaqla hücumundan sonra başlayıb. Ümumilikdə, hücum nəticəsində 9 uşaq yaralanıb, onlardan üçünü xilas etmək mümkün olmayıb, həmçinin iki böyük. Hücum edən şəxs saxlanılıb, ona qarşı ittiham irəli sürülüb. Eyni zamanda polis hücumun terrorla bağlı olmadığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR