AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran rəsmiləri aviaşirkətlərdən ölkənin hava məkanından uzaq durmağı xahiş edib

  • + A
  • - A
  • 7-08-2024, 23:56

    İran rəsmiləri aviaşirkətlərdən ölkənin hava məkanından uzaq durmağı xahiş edib

    İran hakimiyyəti aviasiya şirkətlərindən hərbi təlimlərlə əlaqədar respublikanın hava məkanından yayınmağı xahiş edib. Bu barədə Misirin “Extra News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
    Misirin Mülki Aviasiya Nazirliyindəki həmsöhbətinin sözlərinə görə, hərbi təlimlərlə əlaqədar ölkənin hava məkanında uçuşlardan yayınmaq üçün Tehrandan bildiriş alınıb.
    Müvafiq bildiriş dünyanın bütün aviaşirkətlərinə göndərilib, Extra News həmsöhbəti bildirib.
    Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyanın Tehrandakı evinə hücumdan sonra başlayıb. Ehtimallara görə, evə İsrail raketi düşüb. O, İranda ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün olub. Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə söhbətində bildirib ki, Tehran HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyanın ləğvi üçün İsrailə cavab vermək niyyətindədir.
    Eyni zamanda, Pezeşkian qeyd edib ki, İran Yaxın Şərqdə vəziyyəti sabitliyi pozmağa, regionda müharibə və böhranın miqyasını genişləndirməyə çalışmır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR