AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

74 saylı Masallı Seçki Dairəsindən Məşhur Məmmədov təbliğat-təşviqat mərhələsinə start verdi

  • + A
  • - A
  • 9-08-2024, 16:00

    74 saylı  Masallı Seçki Dairəsindən Məşhur Məmmədov təbliğat-təşviqat mərhələsinə start verdi


    74 saylı Masallı Seçki Dairəsindən Məşhur Məmmədov təbliğat-təşviqat mərhələsinə start verdi. Azadmedia.az xəbər verir ki, deputatlığa namizəd Məşhur Məmmədov bu barədə sosial media hesabında məlumat verib. Məşhur Məmmədovun sözügedən yazısını olduğu kimi təqdim edirik:
    "Hörmətli Masallı sakinləri, bildiyiniz kimi Yeni Azərbaycan Partiyası tərəfindən 1 sentyabr 2024-cü il tarixində Parlament seçkilərində iştirak üçün 74 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizədliyim irəli sürülüb.
    Milli Məclisin VI çağırışının millət vəkili kimi fəaliyyətim nəinki seçicilərimin, sosial media vasitəsilə məni izləyən hər kəsin gözü önündə keçib.
    O vaxt seçki təbliğatımız ağır dövrləri əhatə edirdi. Bu dəfə tam fərqli mühitdə - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızın suverenluyini tam bərpa etdikdən sonra qalib xalqın nümayəndəsi kimi seçkilərə qatılıram. Təbii ki, hədəflərimiz də dəyişib. Azərbaycan üçün yeni dövr başlayıb, yeni dövrün də hədəfləri, məramları zamanın tələbinə uyğundur. Amma qayəmiz eynidir; dövlətə, dövlətçiliyə sadiq, bacardığım sahələr üzrə seçicilərə dəstək, onları maraqlandıran, narahat edən problemlərin həllinə səlahiyyətim çərçivəsində dəstək.
    Düşünürəm ki, qarşıdakı dövr ərzində yeni dövr, yeni reallıqlar məqsədlərimizə çatmağa sürətli və geniş imkan yaradacaq.
    Bu gün seçkiqabağı təbliğat kampaniyamıza Yeni Azərbaycan Partiyasının Masallı 73 saylı Seçki Dairəsinə namizədi Aytən xanım Əliyeva və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevlə birgə Masallı şəhərində partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladıq. Daha sonra Masallı Qəhrəmanlar Parkında torpaqlarımızın azadlığı uğrunda canından keçən Masallı rayonunun şəhidlərinin xatirəsinə ucaldılan Dəmir Yumruq abidəsini və şəhidlərimizin xatirə lövhələrini ziyarət edib, xatirələrini yad etdik.
    Təşviqat-təbliğat kampaniyaları ilə bağlı məlumatları hər zaman olduğu kimi sosial media hesablarımda paylaşacam.
    Yeni dövrdə yeniləşən Azərbaycanla yalnız irəli! Yaşasın müstəqil Azərbaycan!".














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR