Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşin dayandırılmasına dair sazişin bağlanması imkanını müzakirə edib. Bu barədə Portal Axios mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatlarına görə, telefon danışığında Tramp Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə “sövdələşmə bağlamağa sövq edəcəyini gözləyirdi”. Eyni zamanda portalın mənbələri söhbətin məzmununu dəqiq bilmədiklərini qeyd edirlər. Axios əlavə edir ki, Netanyahu Trampla “söhbət faktını inkar etmir”. İyulun sonunda Tramp Netanyahu ilə Mar-a-Laqoda (Florida ştatı) malikanəsində görüş keçirib, burada digər məsələlərlə yanaşı, Fələstin anklavında atəşkəs məsələsi də müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.