Yaponiyanın baş naziri Fumio Kişida ölkənin İkinci Dünya Müharibəsində təslim olmasının 79-cu ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən Asiya ölkələrinə dəyən zərərə görə Tokionun məsuliyyətini qeyd etməyib.
"Biz bir dəqiqə belə yaddan çıxarmayacağıq ki, ölkəmizin əmin-amanlığı və firavanlığı müharibədə həlak olanların qiymətli həyatları üzərində qurulub. Müharibədən sonra Yaponiya sülhsevər bir dövlət kimi ardıcıl surətdə irəliləyib. Tarixin dərsləri dərin iz buraxıb. Biz qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq asayişin qorunub saxlanmasına və möhkəmlənməsinə öz töhfəmizi verəcəyik, dünyanın üzləşdiyi problemlərin həllinə çalışacağıq”, - deyə hökumət başçısı çıxışında bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.