AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistanın baş naziri Ukraynaya səfər edib

  • + A
  • - A
  • 23-08-2024, 11:28

    Hindistanın baş naziri Ukraynaya səfər edib


    Hindistanın baş naziri Narendra Modi 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra ilk səfərini Ukraynaya edib. Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
    Modinin Kiyevə səfər proqramının təfərrüatları gizli saxlanılır. NDTV-nin məlumatına görə, səfər bir neçə saat davam edəcək. Hazırda Hindistanın baş naziri oteldədir.
    Modinin Ukraynanın paytaxtına Polşadan qatarla gəldiyi məlum olub. Hindistanın baş naziri cümə axşamı Varşavada Polşa prezidenti Andrzej Duda və baş nazir Donald Tusk ilə görüşüb. Tərəflər gələcək illər üçün əməkdaşlıq planı hazırlayıb və əməkdaşlığın səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəliblər.
    Hindistanın baş nazirinin Ukraynanın tənzimlənməsi ilə bağlı planları üzə çıxıb

    Hindistan Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Modi Ukraynada prezident Vladimir Zelenski ilə görüşəcək. Onlar ikitərəfli münasibətlərin bir sıra aspektlərini, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, təhsil, mədəniyyət, eləcə də humanitar mübadilə və humanitar yardımı müzakirə etməyi planlaşdırırlar. Onlar Ukraynadakı münaqişə mövzusuna da toxunublar.

    Varşavada keçirilən mətbuat konfransında Modi bildirib ki, Hindistan sülh və sabitliyin tezliklə bərpası üçün dost ölkələrlə istənilən əməkdaşlığa hazırdır. Onun fikrincə, bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll edilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR