AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova Şəmkir şəhər gəncləri ilə görüşüb

  • + A
  • - A
  • 29-08-2024, 18:56

    Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova Şəmkir şəhər gəncləri ilə görüşüb

    Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını davam etdirir.
    Kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyasının namizədi növbəti görüşünü Şəmkir şəhər gəncləri və ilk dəfə səs verəcək seçicilər ilə keçirib.
    Azadmedia.az yap.org.az-a istinadla xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hakim partiyanın bu seçkilərə hazırlığı, qarşısında duran hədəflər haqqında məlumat verib. Eyni zamanda, o, Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarovanın fəaliyyəti haqqında geniş məlumatı gənclərin diqqətinə çatdırıb.
    Gəncləri səmimiyyətlə salamlayan YAP-ın namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurları barədə danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində Azərbaycan gəncləri hərtərəfli qayğı ilə əhatə olunublar. Onların yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri üçün hər cür şərait yaradılıb.
    Çıxışında Sahibə Qafarova deyib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərin çox böyük rolu var. Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin inkişafına töhfələr verirlər. O, inamını ifadə edib ki, sentyabrın 1-də keçiriləcək seçkilərdə də gənclər fəallıq nümayış etdirərək öz istədikləri namizədə səs verəcəklər. Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrlərdə gənclərlə görüşlərə, onlarla ünsiyyət qurulmasına, gənclərin qaldırdığı məsələlərin həllinə dəstək olmağa xüsusi diqqət göstərdiyini deyən Sahibə Qafarova seçicilərin etimadını qazanıb yenidən Milli Məclisin deputatı seçilərsə, bu sahədə fəaliyyətini davam etdirəcəyini bildirib.
    Görüşdə çıxış edən gənclər Elçin İsmayılov, Səbinə Rzazadə, Leyla Məmmədli, Gülər Quliyeva, Ayxan Kərimov, Nəzrin Ələsgərova və digərləri ölkəmizdə həyata keçirilən gənclər siyasətini təqdir etdiklərini, bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini vurğulayıblar və seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR