Fransa prezidenti Emmanuel Makron həbs olunduğu ərəfədə Telegram messencerinin həmtəsisçisi Pavlo Durovla görüşməli olduğu barədə yayılan məlumatlara münasibət bildirib. Bu barədə RİA “Novosti” məlumat yayıb.
Serbiya prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında Makron Durovla görüşməyi planlaşdırmadığını bildirib. O, həmçinin əlavə edib ki, iş adamının Fransaya gəlişindən ümumiyyətlə xəbəri yoxdur:
“Cənab Durovun Fransaya gəlişindən ümumiyyətlə xəbərim yox idi. Mənim kimisə dəvət etməyim doğru deyil. Cənab Durovla nə keçən həftənin sonunda, nə də sonrakı günlərdə görüşməli deyildim. Onun Fransaya gələcəyindən xəbərim yox idi”.
Bundan başqa, Makron Durova Fransa vətəndaşlığının verilməsinə görə “məsuliyyəti tam qəbul etdiyini” də bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.