Azadmedia.az 49 saylı Abşeron ikinci seçki dairəsindən lider namizəd, siyasi elmlər doktoru Rizvan Nəbiyevin mətbuat nümayəndələrinin ünvanladığı məsələ ilə bağlı şərhini təqdim edir:
"Hələ də xəyallar aləmində yaşamaqda olan Konstantin Zatulin növbəti cəfəng müraciəti ilə gündəmə gəlməyə cəhd göstərdi. Belə olmasaydı, o, terrorizmi dəstəkləməkdə, insanlığa qarşı cinayətdə və digər qeyri-qanuni əməllərə görə cavab verməli olan, Ermənistanın belə arxa çevirdiyi rejimin məlun nümayəndələrinə təbrik müraciəti ilə çıxış etməzdi. Zatulinin öz aləmində, tarixin zibil qutusuna atılmış bir rejimin reanimasiyasına xidmət edə biləcək siyasi addım kimi düşündüyü bu əməl reallıqda uğursuz, çox uğursuz addımdır. Daha çox xəyalpərəst romantikin gecikmiş etirafı təsiri bağışlayır.
Zatulinin bu əməli Rusiya Federasiyası Prezidenti Vladimir Putininin Azərbaycana son dövlət səfərində də əhəmiyyətini vurğuladığı iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə zərbə vurmaq cəhdidir. Başqa cürə “Vahid Rusiya” partiyasının üzvü olan şəxsin 2 sentyabr tarixində belə mənasız və yersiz müraiciətlə çıxış etməsini necə şərh etmək olar?
K. Zatulinin də istinad etdiyi “2020-2023-cü il hadisələri”, 30 illik separatizmə, işğala, terrorizmə və insanların iztirabına son qoymuş Vətən müharibəsi və lokal xarakterli anterorror əməliyyatları kimi tarixə daxil olmuşdur. Məhz bunun sayəsində regionda yeni geosiyasi reallıqlar yaranmışdır, sülh, sabitlik və təhlükəsizliyin təmini üçün real şərait yetişmişdir. Hazırki aktual hadisələr fonunda Qafqaz regionundakı regional əməkdaşlığa zərər yetirə biləcək əməllərdən birdəfəlik əl çəkinmək lazımdır, cənab Zatulin.
Azərbaycan dövləti öz resursları ilə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş və illərdir pozulmuş prinsiplərini bərpa edərək oların məcburiliyini təmin etdi. Bu gün real siyasətdə yer tutmaq istəyən şəxslər bunu əhəmiyyətini vurğulamalı, yenidən insanların iztirabına, qan axadılmasına səbəb ola biləcək, münaqişə yaratmağa hesablanmış cəfəng xəyallar ardınca qaçmamlıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.