“Qərbi Azərbaycan” adlanan icma mühacirətdə hökumətin yaradılması prosesinə təşəbbüs göstərir. Ermənilər qorxu içindədi.
Bu barədə erməni alim Tatik Ayrapetyan yazır.
O bildirib ki, bu barədə Azərbaycan mətbuatı yazır. İlk baxışdan bu proses Ermənistanın suverenliyi və ərazi bütövlüyü üçün çox ciddi təhlükələr ehtiva edir. Əminəm ki, fetişləşdirilmiş sütunlar xilas etməyəcək, nə divar, nə də ağac...
Erməni alim xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın bütün indiki ərazisini “Qərbi Azərbaycan” adlandırır. Bütün dövlət aparatı və diplomatik potensialı Ermənistanın dövləti və ərazisi hesabına azərbaycanlılar üçün mövcud olmayan “tarixi vətən”in qurulmasına sərf olunur.
Həmin təşəbbüs rəsmi olaraq 2022-ci il dekabrın 24-də, Nikol Paşinyan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqdan iki ay sonra başlayıb. Əliyevin cavabı Ermənistan ərazisini “Azərbaycan” elan etmək olub. Heç bir tədbir görülmədi, İrəvan iki ildir ki, bu siyasətə məhəl qoymur. Nəticələri isə getdikcə daha təhlükəli olur.
Əgər ER-də dövlətyönlü hakimiyyət olsaydı, bu tezis Azərbaycanın özünə qarşı yönələ bilərdi. Amma hakimiyyətin prioriteti korrupsiya olanda o hakimiyyətdən nəsə gözləmək axmaqlıqdır...” deyə alim yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.