AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya şirkəti Qarabağda minatəmizləmə layihəsini işə salmağa hazırlaşır

  • + A
  • - A
  • 25-09-2024, 23:20

    İtaliya şirkəti Qarabağda minatəmizləmə layihəsini işə salmağa hazırlaşır

    İtaliyanın “Promyshlennye elektronnye konstruktsi i avtomatizacija” (CEIA) şirkəti İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Qarabağın minalardan təmizlənməsi üzrə yeni layihəyə start verməyə hazırlaşır. Bu barədə Bakıda keçirilən 5-ci ADEX 2024 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində CEIA şirkətinin tətbiqi texnologiyalar üzrə mütəxəssisi Mauritsio Maskarino məlumat verib.

    “Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsini dəstəkləməyə şadıq. Layihə çərçivəsində Azərbaycandakı qadın qeyri-hökumət təşkilatı Qarabağda minaların axtarışı və ləğvi üçün metal detektorlarımızı alacaq”, - deyə o qeyd edib.

    Mauritsio Maskarino “İtaliyanın minalara qarşı kampaniyası” (Campagna Italiana contro le mine) assosiasiyası vasitəsilə həyata keçirilən layihənin İtaliya Xarici İşlər Nazirliyindən maliyyələşdiyini və tezliklə İtaliyanın Bakıdakı səfirliyi tərəfindən rəsmən təqdim olunacağını vurğulayıb.

    “Mina detektorlarımız bütün dünyada, o cümlədən Azərbaycanda satılır. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) bizim metal detektorlardan, eləcə də Qarabağda işləyən bəzi özəl şirkətlərdən istifadə edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR