AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail “Hizbolli”yə qarşı quru əməliyyatına hazırlaşır

  • + A
  • - A
  • 25-09-2024, 23:27

    İsrail “Hizbolli”yə qarşı quru əməliyyatına hazırlaşır

    İsrail ordusu Livanda quru əməliyyatına hazırlıq barədə məlumat verib. Təl-Əvivdə “Hizbolli”nin hücumlarına sərt cavab verəcəklərinə söz veriblər.
    İsrail Ordusunun (İDF) Baş Qərargah rəisi Gertsi Halevi Livanın cənub bölgəsində “Hizbullah” təşkilatına qarşı quru əməliyyatına hazırlıq barədə məlumat verib.

    O, əsgərlərə müraciət edərək bildirib ki, ordu peşəkar və təcrübəli hərbi qüvvənin qarşısında dayanmağın nə demək olduğunu nümayiş etdirməlidir.

    Bu o deməkdir ki, siz düşmən ərazisinə daxil olacaqsınız, “Hizbullah”ın hərbi postlara çevirdiyi yeraltı infrastrukturu, cəmləşmə məntəqələri və ərazimizə yönəlmiş buraxılış qurğuları olan kəndlərə daxil olacaqsınız”.

    - Gertsi Halevi bildirib.

    Baş Qərargah rəisi ordunun Təl-Əvivə səhər saatlarında endirdiyi hava hücumlarına görə “Hizbullah”a cavab verəcəyini vəd edib.

    Xatırladırıq ki, həftənin əvvəlindən Livan və İsrail ərazilərindən raket hücumları həyata keçirilir. İsrail ordusu Livanın cənubuna böyük zərbələr endirir. “Hizbullah” isə öz növbəsində İsrailin şimalına hücum edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR