AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin HƏMAS liderini öldürmək imkanı olub, lakin əməliyyat ləğv edilib

  • + A
  • - A
  • 30-09-2024, 10:37

    İsrailin HƏMAS liderini öldürmək imkanı olub, lakin əməliyyat ləğv edilib

    İsrail Müdafiə Qüvvələri əvvəllər Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarı ləğv etmək imkanına malik olub, lakin həmin kompleksdə girovların öldürülməsi riski səbəbindən bundan imtina edib. Bu barədə İsrailin N12 portalı mənbələrə istinadən məlumat yayıb.
    Portalın qeyd etdiyi kimi, Sinvar Qəzza zolağının altındakı yeraltı tunellərdə gizlənir və raket hücumu riskini minimuma endirmək üçün tez-tez girovların yanında olur.
    Əl-Ərəbiyyə telekanalının daha əvvəl xəbər verdiyi kimi, Livanda “Hizbullah” liderinin ölümündən sonra Sinvar təcili olaraq sığınacağını dəyişmək qərarına gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR