BMT-nin baş katibi Antonio Quterreş BMT-nin Müvəqqəti Qüvvələrinin regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, Livandakı mövqelərində qalacağını bəyan edib.
“BMT sülhməramlıları öz mövqelərində qalırlar və İsrailin köçürülmə tələbinə baxmayaraq, BMT bayrağı dalğalanmağa davam edir”, - RİA Novosti Quterreş BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə təcili iclasında deyib.
Ümumdünya Təşkilatının baş katibi BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin hərbi və mülki heyətinə təşəkkür edib.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi BMT-nin baş katibini persona non-qrata elan edib.
Oktyabrın 1-i axşam saatlarında İran HƏMAS və Hizbullah liderlərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavininin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.