AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirildi

  • + A
  • - A
  • Dünən, 19:58

    TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirildi


    Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələrin ikinci turunda iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.
    "Report xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankarada təşkil edilən iclasda TDT-nin mövcud vəziyyəti və gələcək perspektivləri dəyərləndirilib, təşkilatın Bişkekdə keçiriləcək Zirvə toplantısına hazırlıq işləri və gündəliyinə dair fikir mübadiləsi aparılıb.
    Nazir müavini səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Afrika Departamentinin Baş direktoru səfir Əlif Çomoğlu Ülgənlə də görüşüb.
    İkitərəfli görüşdə Azərbaycan və Türkiyə arasında Afrikada birgə əməkdaşlıq məsələləri müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR