Milli Məclisin bir qrup deputatı Özbəkistan Respublikasında oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Daşkənd şəhərinə səfər edəcəklər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaqlar, bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 29-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.