AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə TUSAŞ obyekti yaxınlığında terror aktı baş verib

  • + A
  • - A
  • Bu gün, 18:29

    Türkiyədə TUSAŞ obyekti yaxınlığında terror aktı baş verib

    Türkiyədə TUSAŞ binası yaxınlığında partlayış baş verib. Hakimiyyət baş verənləri terror aktı kimi təsnif edib.
    Oktyabrın 23-ü günorta saatlarında Ankarada TUSAŞ aerokosmik şirkətinin obyekti yaxınlığında partlayış baş verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Onların məlumatına görə, partlayışdan sonra hadisə yerində silah səsləri eşidilib.

    İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər ölüb, xeyli sayda vətəndaş isə xəsarət alıb. Daha dəqiq məlumat hələ alınmayıb.

    Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya hadisəni terror aktı adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR