AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "Bu gün hamımızın borcu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır"

  • + A
  • - A
  • 24-10-2024, 21:16

    Məşhur Məmmədov: "Bu gün hamımızın borcu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır"

    Milli Məclisin deputatı Məşhur Məmmədov "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində çıxış edərək, informasiyanın Azərbaycan cəmiyyətindəki vacib rolunu vurğulayıb. O, cəmiyyətin informasiya mübarizəsində birlikdə çalışmasının və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının əhəmiyyətini qeyd edib:

    "İnformasiya əslində hər şey deməkdir. Bugünə qədər olan tarix, tarixi mövzu, bütün dünyaya çatdırmaq məhz Azərbaycan cəmiyyətinin borcu və vəzifəsidir. Biz müharibədə qalib gəlsək də, bu gün davam edən informasiya müharibəsində bəzi sahələrdə geridə qalmışıq və bu bizim unutmamalı olduğumuz bir məsələdir."

    QHT.az xəbər verir ki, Deputat eyni zamanda, Azərbaycan həqiqətlərinin iki dildə hazırlanmış film vasitəsilə beynəlxalq arenaya çıxarılmasını yüksək qiymətləndirərək, bu təşəbbüslərin genişlənəcəyinə və digər qeyri-hökumət təşkilatlarının da bu işlərə qoşulacağına ümid etdiyini bildirib:

    "Mənə elə gəlir ki, bu işlər davam edəcək və Azərbaycan cəmiyyəti səfərbər olmalıdır. Hər birimizin borcu, Azərbaycanın tarixi və mədəniyyəti haqqında həqiqətləri dünyaya çatdırmaqdır. Zəngəzur və Qərbi Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə təqdim olunmalıdır."

    Məşhur Məmmədov, həmçinin, bu işlərə dəstək olan bütün qurumlara və şəxslərə təşəkkür edərək, gələcəkdə daha çox belə təşəbbüslərin olacağına inandığını vurğulayıb.

    Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.

    Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

    Pərvanə Fərhadqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR