Baş nazir Nikol Paşinyan Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə “ayaq üstə” danışıb.
Azadmedia.az xatırladır ki, daha əvvəl Ermənistanın baş naziri Belarus liderini tənqid edib və onu Azərbaycanı dəstəklədiyinə görə ermənilərdən üzr istəməyə çağırıb. Paşinyan onu da bəyan edib ki, Ermənistan rəhbərliyindən kimsə bir daha Belarusa gəlməyəcək. Səbəb isə Lukaşenkonun Bakının Qarabağı azad etdiyi barədə "ədalət bərqərar oldu" deməsi oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.