AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında

  • + A
  • - A
  • 7-11-2024, 19:42

    Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında

    Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2024-cü il 4-7 noyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən təşkilatın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmişdir.
    Komitə iclasının açılış mərasimində Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, Asiya Parlament Assambleyasının Prezidentinin təmsilçisi olaraq Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, APA-nın baş katibi Mohammad Reza Majidi, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini Boris Çernışov çıxış etmişlər.
    Komitə iclasında APA Büdcəsinin Planlaşdırılması haqqında qətnamə layihəsi müzakirə olunmuşdur.
    Komitə iclası çərçivəsində Asiya Parlament Assambleyasının Büro iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Rusiya, Qətər, Bəhreyn və İraqın nümayəndə heyətlərinin rəhbərləri iştirak etmişdirlər. İclasda təşkilatın fəaliyyəti ilə bağlı aktual məsələlər müzakirə olunmuşdur.
    Rizvan Nəbiyev açılış sessiyasındakı çıxışında Asiya dövlətləri arasında parlamentlərarası əlaqələrin çoxtərəfli, eləcə də ikitərəfli formatda inkişafı prosesində Asiya Parlament Assambleyasının rolunu qeyd etmişdir.
    Nümayəndə heyətinin rəhbəri Asiya dövlətləri arasında ticarət, innovasiya, elmi nailiyyətlər mübadiləsi və kapital qoyuluşu vasitəsi ilə həyata keçirilən əlaqələrin inkişafına uyğun olaraq regionunun gücünün və səsinin qlobal miqyasda daha da artacağı barədə fikir bildirmişdir.
    Çıxışda Asiya regionunda mövcud olan inkişaf və nailiyyətlərlə yanaşı, humanitar böhran, silahlı münaqişələr, iqlim dəyişikliyinin artan təsirləri və digər problemlər və çağırışların da gündəmdə olduğu vurğulanmışdır.
    Rizvan Nabiyev gələn həftə Bakıda keçiriləcək COP 29 konfransı, Azərbaycanın 14 təşəbbüsünün yer aldığı Fəaliyyət Planı, COP Atəşkəsi Təşəbbüsü barədə ətraflı məlumat vermişdir. O, ətraf mühitə vurulan zərər kontekstində mina təhlükəsi probleminə toxunaraq Ermənistanın 30 illik işğalının nəticəsi olaraq Azərbaycanın 12% ərazisinin 1,5 milyon mina və partlamamış digər hərbi sursatla çirkləndirildiyini bildirmişdir.
    Xatırlatmaq istərdik ki, Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. 2006-cı ildə əsası qoyulan təşkilatın hazırda 43 üzvü var.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR