AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlon Mask Rusiya-Ukrayna münaqişəsinin bitməsi ilə bağlı proqnoz verib

  • + A
  • - A
  • 8-11-2024, 23:42

    İlon Mask Rusiya-Ukrayna münaqişəsinin bitməsi ilə bağlı proqnoz verib

    Sahibkar İlon Mask Ukraynada axan qanın tezliklə bitəcəyini bildirib. Bu barədə X-də iş adamı məlumat verib.

    O, “müharibə təhrikçilərinin və möhtəkirlərin” vaxtının başa çatdığını vurğulayıb.

    Belə ki, Mask ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı planları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

    Noyabrın 8-də “Axios” nəşri mənbələrə istinadən xəbər verir ki, Mask Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında iştirak edib.

    Həmçinin bildirilib ki, Zelenski ABŞ seçkilərində qələbə qazandıqdan dərhal sonra Donald Trampla danışarkən Ukraynada hərbi əməliyyatların tez dayandırılması imkanını müzakirə etməyib, lakin Zelenski hələ belə bir söhbət etməyib.

    Zelenski bəyan edib ki, Rusiyanı “Ukrayna şərtləri üzrə danışıqlar aparmağa” məcbur etmək və “dondurulmuş münaqişədən” qaçmaq üçün ABŞ-ın köməyinə ehtiyacı var.

    Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Zelenskini Rusiya Federasiyası ilə dialoqa dəvət etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR