AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqil Abbas: “Reket jurnalist”lərdən qorxan məmurlar var”

  • + A
  • - A
  • 30-10-2018, 12:07

    Aqil Abbas: “Reket jurnalist”lərdən qorxan məmurlar var”















    “Mən tutulan o jurnalisti tanımıram. Ancaq Azərbaycanda “reket” mətbuatına qarşı həm hüquq-mühafizə orqanları tərəfindən, həm Mətbuat Şurası tərəfdən mübarizə aparılır. Əvvəlki illərə baxanda “reket” jurnalistlərin kökü xeyli azalıb”.

    Bu sözləri AzEuroNews.com-a millət vəkili, yazıçı-jurnalist Aqil Abbas Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan və “reketçilikdə” ittiham olunan “realliq.info” saytının rəhbəri İkram Rəhimovla bağlı danışarkən bildirib.

    Deputatın sözlərinə görə, cəmiyyətdə oğrulara, “reket”lərə qarşı mübarizə aparılır: “Heç Amerikada da onların kökü kəsilmir. Mən buna “reketçilik” yox, dilənçilik deyərdim. İndi biz deyə bilmərik ki, il yarıma onların kökü tamamilə kəsiləcək. Amma əvvəlki dövrə baxanda azalıblar”.

    A.Abbas “reket” jurnalistikasının bir səbəbini də çirkaba bulaşan məmurlarda görür: “Həmin saytların, qəzetlərin işçilərindən qorxan məmurlar var. Özləri rüşvətlə məşğuldurlar, büdcədən pul yeyirlər, vergidən yayınırlar, ona görə həmin jurnalistin dediyini eləməyə məcbur olurlar.

    Mətbuat Şurasında “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Onlara gələn şikayətləri araşdırırlar, “qara siyahı” tərtib edirlər, bəziləri Mətbuat Şurasının səlahiyyətlərindən kənarda olur və prokurorluğa göndərilir”.

    Deputat hesab etmir ki, qəzetlərin, saytların, sosial medianın imkanlarını məhdudlaşdırmaqla bunun qarşısını almaq mümkündür:

    “Azərbaycan demokratik ölkədir. Kiməsə qəzet, sayt, bloq açmaq olmaz deyə bilmərik. Cənab prezidentin də bu barədə çıxışları olub.

    Ancaq sən görürsən ki, Aqil Abbasın “Ədalət” qəzeti bağlanır, o da “Ədalət+” adında təzəsini açır, bax ona imkan vermə. Çünki əvvəl adı “qara siyahı”da olub, çoxlu şikayətlər gəlib və bu cür adamlara nəzarət etmək lazımdır.

    Əslində, onların məqsədi tək pul qazanmaq deyil, həm də populyar olmaqdır. Müxtəlif yerlərə gedirlər, özlərini tanıdırlar ki, mən baş redaktoram. Yəni, mübarizə aparılır, sayları azalır.

    Mənim gündəlik izlədiyim saytlar var, məsələn musavat.com, trend.az, qol.az və s. portallara daxil oluram, xəbərlərlə tanış oluram”.

    Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR