AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya səfirliyi Abxaziyada insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı xahiş edir

  • + A
  • - A
  • 15-11-2024, 23:38

    Rusiya səfirliyi Abxaziyada insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı xahiş edir



    Rusiya Federasiyasının Səfirliyi Abxaziyadakı ruslardan təhlükəsizlik tədbirlərinə riayət etməyi və kütləvi toplaşma yerlərindən uzaq durmağı xahiş edib. Bu bardə diplomatik nümayəndə bildirib.

    “Abxaziyada daxili siyasi vəziyyətin gərginləşməsi fonunda səfirlik Rusiya Federasiyası vətəndaşlarına, o cümlədən turistlərə və respublika ərazisində müvəqqəti qalanlara insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir. Münaqişə halları yaranarsa, səfirliyin konsulluq şöbəsinə məlumat verin” - Rusiya Federasiyasının Abxaziyadakı səfirliyinin yaydığı nesajda Rusiya Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin son xəbərdarlıqlarını da xatırladıblar. Hər iki departament tövsiyə edir ki, Abxaziyadakı rusiyalı turistlər təhlükəsizlik qaydalarına riayət etsinlər və mümkünsə ölkəni tərk etsinlər. Həmçinin, yaxın vaxtlarda respublikaya səfərlərdən imtina etməyi məsləhət görürlər.

    Hazırda Abxaziyada 8 minə yaxın Rusiya vətəndaşı var. Onların yarıdan çoxu turoperatorun dəstəyi olmadan istirahət edir. Onlar həmçinin bildirirlər ki, rusiyalı turistlərin 95%-i bütün tədbirlərin keçirildiyi Suxumda deyil, Pitsunda və Qaqredədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR