AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abxaziya prezidenti istefa verməkdən imtina edib

  • + A
  • - A
  • 15-11-2024, 23:44

    Abxaziya prezidenti istefa verməkdən imtina edib

    Abxaziya prezidenti Aslan Bjaniya istefası ilə bağlı xəbərləri təkzib edib. Bu barədə TASS məlumat yayıb.

    O, tərəfdarlarına müraciət edərkən belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, Abxaziyanın Nazirlər Kabinetinin üzvləri də ölkə ərazisində qalaraq, adi qaydada işlərinə davam edəcəklər:
    “Mən Abxaziyada qalacağam və əvvəlki kimi işləyəcəm”.
    Abxaziyada iğtişaşlar zamanı yaralananların sayı 13 nəfərə çatıb

    Xatırladırıq ki, bundan əvvəl Abxaziyada irimiqyaslı etirazlar başlayıb, buna səbəb Rusiya ilə investisiya sazişi haqqında qanunun ratifikasiyası cəhdi olub. Etirazçıların fikrincə, bu razılaşma Abxaziya xalqının maraqlarına ziddir, lakin hökumət nümayəndələri üçün faydalıdır. Daha sonra mediada Bjaniyanın etirazçıların şərtləri ilə razılaşdığı və istefa vermək qərarına gəldiyi barədə məlumatlar yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR