AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: "Trampın dövründə Rusiya ilə münaqişə daha tez bitəcək"

  • + A
  • - A
  • Dünən, 23:54

    Zelenski: "Trampın dövründə Rusiya ilə münaqişə daha tez bitəcək"

    Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın prezidentliyi dövründə “müharibə daha tez bitəcək” fikrini bildirib.
    Onun sözlərinə görə, “otur və dinlə” Ukrayna ilə işləmir, bu barədə Trampa və digər Qərb liderlərinə deyib. Tramp dəfələrlə bəyan edib ki, dövlət başçısı seçkilərində qələbə qazanacağı təqdirdə Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq. O hesab edir ki, 2020-ci il seçkilərində qalib gəlsəydi, Moskva ilə Kiyev arasında silahlı qarşıdurma baş verməzdi.
    Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp bu post uğrunda mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçicinin səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayır.Seçicilər dekabrın 17-də keçirilən səsvermənin nəticələrinə əsasən namizədlərə səs verəcəklər.

    ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR