BMT Ukraynadakı münaqişə tərəflərini gərginliyin qarşısını almaq üçün təcili addımlar atmağa çağırır. Bu barədə jurnalistlərə Ümumdünya Təşkilatı baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
"Hər şey yanlış istiqamətdə gedir. İstəyirik ki, bütün tərəflər vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atsınlar, açıq-aydın, artıq dəfələrlə dediyimiz kimi, mülki əhalinin müdafiəsini təmin etsinlər, mülki obyektlərə və ya kritik obyektlərə zərbə endirməsinlər " deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.