İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoruAzərbaycanı sevən hər kəs üçün bu ölkənin iqtisadi cəhətdən daha da güclənməsi mühüm hadisədir. 30 ilə yaxın müddətdə torpaqları işğal altında olan və 2020-ci ildə 44 günlük müharibədə ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük anti-terror əməliyyatları ilə suverenliyini bərpa edən ölkə 2024-cü ildə dünyada ən iri və möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi və sədrlik etmək istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29- a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynamışdır. Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərin birləşdirilməsi əhəmiyyətini anlayır və bu məsələlərdə qloballaşan dövlətlərin yanındadır.
Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının Bakıda keçirilməsi möhtərəm cənab Prezidentin, Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Digər COP-larla müqayisədə bizim hazırlıq zamanımız da qısa idi, lakin buna baxmayaraq dövlətimiz COP29-a sürətli hazırlıq işlərini görə bildi, dövlət qurumlarının hamısı üzərinə düşən işləri yüksək səviyyədə yerinə yetirdilər. Möhtərəm cənab Prezidentin hazırlıq işlərinə şəxsi nəzarəti və diqqəti hər kəs üçün məsuliyyət idi. Qonaqların hamısı bir ağızdan verdiyi müsahibələrdə 29-cu sessiyanın yüksək təşkilindən bəhs edirdilər.
Geniş miqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, ölkəmiz iqlim danışıqlarında tarixi nəticələr əldə etdi, kiçik ada dövlərinin problemlərinə inkişaf etmiş ölkələrin diqqətini cəlb edə bildi. Hamımız yüksək nəticələrə nail olan COP29-a görə qürurlanırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında qeyd etmişdir: “Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçıların qatıldığı CPO29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”.
COP- da iştirak edən tərəflər iqlim maliyyəsi üzrə qəbul edilmiş qərara əsasən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə ayrılacaq 100 milyarddan 2035-ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi nəzərdə tutulub ki, bu da tarixi bir nəticədir.
Ölkə vətəndaşları olaraq bizlər inanırıq ki, Azərbaycanda keçirilən COP29 bu qəbildən olan COP-lar arasında xüsusi yerini tutacaq və tarixə düşəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.