AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Donald Tramp 15 min transseksual əsgəri ABŞ ordusundan qovacaq

  • + A
  • - A
  • Dünən, 22:35

    Donald Tramp 15 min transseksual əsgəri ABŞ ordusundan qovacaq

    ABŞ-ın seçilmiş prezidentinin bütün transseksual hərbçilərin ABŞ silahlı qüvvələrinin sıralarından xaric edilməsi haqqında fərmanı gözlənir. Donald Trampın Ağ Evə qayıtmasının ilk günündə artıq sözügedən fərman imzalana bilər, The Times yazır.

    ABŞ-ın aktiv hərbçiləri arasında 15 minə yaxın transgenderin olduğu güman edilir. İşdən çıxarılma tibbi səbəblərə görə baş verəcək və bu, onların xidmətə yararsızlığını müəyyən edəcəkdir.

    Bundan əvvəl D.Tramp bildirib ki, bəzi yüksək rütbəli zabitlər çox vaxt hərbi əməliyyatların planlaşdırılmasından daha çox müxtəliflik, bərabərlik və inklüzivlikdə maraqlıdırlar.

    Ehtimal olunur ki, qadağa D.Trampın ilk prezidentlik dövründə transseksualların silahlı qüvvələrə daxil olmasını qadağan etdiyi, lakin artıq xidmət etmiş şəxslərin öz vəzifələrində qalmasına icazə verdiyi zaman qəbul edilən oxşar fərmandan daha geniş olacaq. Prezident Co Bayden bu fərmanı ləğv etmişdi.

    Pentaqonun sözlərinə görə, məxfilik siyasəti 1,3 milyona yaxın aktiv hərbçinin olduğu hərbi xidmətdə transseksualların sayını hesablamağı çətinləşdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR