AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan müxalifəti Aİİ sammitinin keçirilməməsi tələbini ölkənin ziyanına hesab edir

  • + A
  • - A
  • Bu gün, 15:43

    Ermənistan müxalifəti Aİİ sammitinin keçirilməməsi tələbini ölkənin ziyanına hesab edir

    Ermənistan hakimiyyətinin Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasının İrəvanda keçirilməməsi ilə bağlı tələbi 2024-cü ildə Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarına məhz Ermənistan sədrlik etdiyi üçün ölkənin reputasiyasına xələl gətirir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu "Ermənistan" müxalifət parlament fraksiyasının üzvü Artur Xaçatryan brifinqdə deyib.

    "Avropa İqtisadi İttifaqının ikinci sammiti Ermənistanın bu il sədr olduğu vaxtda Ermənistanda baş tutmur. Bu, ölkəmizin reputasiyası üçün problemdir", - o deyib.

    Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Ali Avrasiya İqtisadi Şurasının iclası Ermənistanın Aİİ-yə sədrliyinin xahişi ilə Rusiya ərazisində - Sankt-Peterburqda dekabrın 25-də keçiriləcək. İclasa respublikanın baş naziri Nikol Paşinyan sədrlik edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR