Danimarkanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına ərazi toplama mərkəzlərinin əməkdaşları tərəfindən güc tətbiq etməklə həbs oluna biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri yazır.
“Ukrayna polisinin və ya hərbi xidmət komitəsinin nümayəndələri sizi saxlamağa və sizə qarşı kobud güc tətbiq etməyə cəhd edərsə, dərhal Danimarka səfirliyi ilə əlaqə saxlamalısınız”, - danimarkalılara məktubda deyilir.
Bundan əvvəl Rusiyanın Kopenhagendəki səfiri Barbin bildirmişdi ki, Danimarka Ukrayna səfirliyi tərəfindən muzdluların işə götürülməsinə icazə verir.
Ukrayna ərazisində 2022-ci il fevralın 24-dən hərbi vəziyyət rejimi qüvvədədir. Həmin il fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski hərbi qulluqçuların ölkədən çıxışını qadağan edən universal səfərbərlik haqqında fərman imzalayıb.
Oktyabrın 29-da Ukrayna Ali Radası hərbi vəziyyət və səfərbərliyin müddətini 2025-ci il fevralın 7-dək uzadıb.
2024-cü il mayın 18-də Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun qüvvəyə minib. Yeniliklərə əsasən, çağırışçıların qeydiyyatı kitabına daxil olan şəxslərin xaricə getmək, pul vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla əməliyyatlar aparmaq və sənəd - pasport və xarici pasport vermək hüququ olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.