AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meksika ABŞ-la sərhədini bağlamaq niyyətində deyil

  • + A
  • - A
  • 29-11-2024, 15:25

    Meksika ABŞ-la sərhədini bağlamaq niyyətində deyil

    ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksikadan idxal olunan bütün mallara 25%-lik rüsum tətbiq olunduğunu elan edəndən iki gün sonra Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığı aparıb.

    Donald Tramp özünün “Truth Social” səhifəsində söhbəti “diqqətçəkən” və “çox məhsuldar” adlandırıb və bildirib ki, iki lider sərhəd nəzarəti və narkotik axını ilə mübarizə yollarını müzakirə ediblər.

    Trampın bəyanatına görə, Meksika prezidenti “Meksika vasitəsilə ABŞ-a miqrasiyanın dayandırılmasına razılıq verib, faktiki olaraq cənub sərhədimizi bağlayıb”.

    Öz növbəsində, Meksika rəhbəri qeyd edib ki, onlar sərhədi bağlamağı planlaşdırmırlar.

    - Prezident Donald Trampla əla söhbətim oldu. Söhbətimizdə ona Meksikanın miqrasiya probleminin həlli, insan hüquqlarına hörmətlə yanaşması üçün hansı mürəkkəb strategiyaya riayət etdiyini izah etdim. Bunun sayəsində miqrantlara hələ sərhədə çatmamış köməklik göstərilir. Biz təkrar edirik ki, Meksikanın mövqeyi sərhədləri bağlamaq deyil, hökumətlər və xalqlar arasında körpülər qurmaqdır, - Klaudiya Şeynbaum bildirib.

    Claudia Sheinbaum "X"də yazıb ki, onlar "suverenliyimiz çərçivəsində təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsini və fentanil istehlakının qarşısını almaq üçün ölkədə apardığımız kampaniyanı müzakirə ediblər".

    Zəng bu həftə Donald Trampın ABŞ-a qeyri-qanuni miqrasiya və narkotik axını dayandırmaq məqsədilə Meksika, eləcə də Kanada və Çinə tariflər tətbiq etmək planlarını elan etdikdən sonra təşkil edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR