İsveç və Finlandiya arasında 'kabel qırıldı".
Sveriges Radio qeyd edir ki, Finlandiyada quruda yerləşən kabelin bir hissəsi zədələnib.
Finlandiya polisi kabelin qəsdən zədələndiyindən şübhələnir. Baş verənlərlə bağlı İsveç rəsmiləri məlumatlandırılıb.
Bundan əvvəl, noyabrın 18-də Baltik dənizində bir neçə saat fərqlə iki sualtı internet kabeli zədələnmişdi. Onlardan biri Finlandiyanı Almaniya ilə, digəri İsveçi Litva ilə birləşdirir. İsveçli müstəntiqlər Çin yük gəmisinin insidentdə əli olması versiyasını yoxlayır. “Yi Peng 3” gəmisi Rusiyadan Misirə gedirdi və kabellərin zədələndiyi yerlərin yaxınlığından keçib.
Qlobal internet kabellərinin bir hissəsi Qırmızı dənizdə kəsilib.
Avropa rəsmiləri bunun təxribat olduğunu deyirlər, lakin onların amerikalı həmkarları bunun qəza olduğunu düşünürlər, CNN xəbər verir.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, bu kabellərin təsadüfən zədələnməsinə “heç kim inanmır”. Finlandiya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanatda "hibrid müharibə"nin tərkib hissəsi ola biləcək insidentdən "dərin narahat olduqlarını" vurğulayıblar. Bununla belə, insidentin ilkin qiymətləndirilməsi ilə tanış olan iki amerikalı məmur CNN-ə bildirib ki, onlar hadisəni Rusiyanın və ya hər hansı digər ölkənin düşünülmüş hərəkətlərinin nəticəsi hesab etmirlər. Onların fikrincə, kabellərin zədələnməsi, ehtimal ki, gəminin yanından keçən lövbərin dartılması nəticəsində baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.