AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu həftə Suriya ilə bağlı görüş keçirilə bilər

  • + A
  • - A
  • 5-12-2024, 17:39

    Bu həftə Suriya ilə bağlı görüş keçirilə bilər

    Sergey Lavrov bildirib ki, Rusiya, Türkiyə və İran arasında Suriya ilə bağlı görüş razılaşdırılıb. Nazirin sözlərinə görə, bu həftə danışıqlar aparıla bilər.
    Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov “Astanin prosesi”ndə iştirak edən ölkələrin danışıqlarından danışıb.

    Nazir qeyd edib ki, Moskva üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin görüşünün keçirilməsi ilə bağlı Türkiyə və İran tərəfləri ilə dialoq aparır.

    Lavrov əlavə edib ki, Rusiya, Türkiyə və İran arasında Suriya üzrə danışıqlar bu həftə baş tuta bilər.

    Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriya problemi ilə bağlı görüş məsələsinin üzərində iş aparıldığını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR