Britaniya ordusu Kipr və Cəbəllütariqdəki bazalarına “Rusiya təhlükəsi” elan edib.
Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Kipr və Cəbəllütariqdəki bazalarına “Rusiya təhlükəsi”ni müzakirə ediblər. Bu barədə “Teleqraf” qəzeti məlumatlı mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, hərbçilər Kipr və Cəbəllütariq rəsmiləri ilə təcili danışıqlar aparıblar.
“İngiltərənin Kipr və Cəbəllütariqdəki bazaları üçün təhlükə səviyyəsinin nəzərdən keçirilməsi ilə bağlı bir sıra mühüm görüşlər keçirilib”, - qəzetin mənbəsi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.