AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əlaqələrin inkişafını müzakirə ediblər

  • + A
  • - A
  • 6-12-2024, 03:49

    Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əlaqələrin inkişafını müzakirə ediblər

    Ermənistan və ABŞ-ın müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar aparılıb. Tərəflər əməkdaşlığın inkişafını müzakirə ediblər.
    Cümə axşamı, dekabrın 5-də Pentaqonun rəhbəri ilə Ermənistanın müdafiə naziri arasında görüş baş tutub. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi danışıb.
    Lloyd Ostin və Suren Papikyan arasında danışıqların əsas mövzusu təhlükəsizlik sahəsində əlaqələrin inkişafı olub.
    Müdafiə nazirliklərinin rəhbərləri də ölkələr arasında strateji tərəfdaşlığı təsdiqləyiblər.

    Bundan əlavə, Cənubi Qafqazdakı vəziyyətdən danışıblar. Tərəflər regionda davamlı sülhün bərqərar olmasında maraqlı olduqlarını təsdiqləyiblər.

    Rayder qeyd edib ki, bu, Müdafiə Nazirliyi rəhbərlərinin son 20 ildə ilk belə görüşü olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR