AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rumıniyada prezident seçkilərinin birinci turunun nəticələrini ləğv ediblər

  • + A
  • - A
  • 6-12-2024, 22:08

    Rumıniyada prezident seçkilərinin birinci turunun nəticələrini ləğv ediblər

    Bu gün Rumıniyanın Konstitusiya Məhkəməsi yekdilliklə prezident seçkilərinin birinci turunun ləğvi barədə qərar qəbul edib.
    “Politico” nəşri yazır ki, Rumıniyanın Ali Konstitusiya Məhkəməsi milli təhlükəsizlik orqanları səsvermənin nəticələrinin ifrat sağçı namizəd Kalin Georgescu-nun xeyrinə təhrif oluna biləcəyi barədə xəbərdarlıq etdikdən sonra ölkədə keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.

    Qeyd olunur ki, yerli xüsusi xidmət orqanları sosial şəbəkələrdə bir neçə min bot-hesabın namizədin xeyrinə təbliğat apara biləcəyi bildirilən sənədləri dərc edib.

    K. Georgesku ilk raundda gözlənilmədən qalib gələrək ikinci mərhələdə Yelena Laskoni ilə mübarizə aparmalı olub. Seçkilərin ikinci turu bazar günü keçirilməli idi. İndi bu baş tutmayacaq, bəyanatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR