Suriya müxalifəti Rusiya ilə yaxşı münasibətlər qurmaq istəyir. Onlar Rusiyanı dünya səhnəsində çox vacib oyunçu adlandırdılar
.
Suriya müxalifətinin nümayəndəsi Ənəs əl-Abda dünyanın mühüm oyunçusu - Rusiya ilə münasibətlərin vacibliyini bəyan edib.
O qeyd edib ki, Suriya müxalifəti Moskva ilə yaxşı münasibətlər qurmağı hədəfləyir. Onun sözlərinə görə, bu, həm Suriya, həm də Rusiya üçün çox lazımdır.
Ənəs əl-Abda deyib ki, bu gün Suriya infrastrukturu və evləri bərpa etməlidir. Nümayəndə həmçinin qaçqınların ölkəyə qayıtması ilə bağlı yardımlar barədə məlumat verib.
Sonda o vurğulayıb ki, Rusiya həm regional, həm də beynəlxalq səviyyədə dünyada çox mühüm oyunçudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.