AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Özbəkistana ilk atom elektrik stansiyası ilə bağlı “yüngül” xəbərdarlıq edib

  • + A
  • - A
  • 9-12-2024, 23:19

    ABŞ Özbəkistana ilk atom elektrik stansiyası ilə bağlı “yüngül” xəbərdarlıq edib


    Vaşinqtonun Daşkənddəki yeni səfiri Conatan Henik bildirib ki, Özbəkistan respublikada ilk atom elektrik stansiyasını tikəcək ölkəni seçərkən çox diqqətli olmalıdır və bu, Rusiya deyil, ABŞ olsa yaxşıdır.
    ABŞ-ın yeni səfiri Conatan Henik bu gün Səmərqənddə keçirilən atom enerjisi konfransında deyib ki, Özbəkistan özünün ilk atom elektrik stansiyasının tikintisi üçün texniki tərəfdaşlar seçərkən çox diqqətli olmalıdır.
    Səfir ölkə üçün yükü tarazlaşdıracaq yaxşı kompleksin, bərpa olunan enerji mənbələri ilə nüvə enerjisinin bir növ simbiozunun əldə edilməsinin son dərəcə vacib olduğunu qeyd edərək, respublikanın hakimiyyət orqanlarının onlarla əməkdaşlıqdan məmnun qalacağını vurğulayıb. Podrono.uz xəbər verir. 

    Diplomat ABŞ və onun dünya üzrə bir çox tərəfdaşlarının gələcəyi planlaşdırarkən eyni şeyi etdiyini və bu ölkənin Amerika texnologiyalarını diqqətlə nəzərdən keçirməli olduğunu vurğulamaqdan çəkinməyib. 

    Xatırladırıq ki, may ayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Özbəkistana səfəri zamanı Cizzax vilayətində az enerjili AES-in tikintisinə dair saziş imzalanmışdı və artıq iyunun əvvəlində qarşıdan gələn tikinti ilə bağlı ilk iclas keçirilib. “Rosatom” və “Uzatom”un nümayəndələri birgə layihənin həyata keçiriləcəyi əraziyə - altı blokdan ibarət aşağı gücə malik AES-in tikintisinə baxış keçiriblər. Nümayəndə heyəti gələcək altı bloklu atom elektrik stansiyasının infrastrukturunun yaradılması üçün payızda işlərə başlanılacaq əraziyə baxış keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR