Hərbi-siyasi blokun baş katibi Mark Rutte bildirib ki, Rusiya öz qüvvələrini “NATO-nun gözlədiyindən çox sürətlə bərpa edir”. Bu barədə TASS məlumat yayıb.
O, çıxışında bəyan edib ki, Ukraynanın NATO tərəfdaşlarının bütün səylərinə baxmayaraq, Rusiya öz qüvvələrini alyansın gözlədiyindən daha tez bərpa edir. Bundan əlavə, Moskva öz səhvlərindən tez nəticə çıxarır.
Onlar NATO-da ilk dəfə olaraq Aİ-ni sosial ödənişləri hərbi ehtiyaclara yönəltməyə çağırıblar
O, həmçinin Çinin silah istehsal sürətinə görə ABŞ-ı 5-6 dəfə üstələməsinə diqqət çəkib. Bununla əlaqədar Rütte Avropa sənayesinin təcili hərbiləşdirilməsinə və NATO ölkələrinin hərbi xərclərinin artırılmasına çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.