Yeni seçilmiş prezident Donald Tramp fransalı həmkarı Emmanuel Makron və Vladimir Zelenski ilə görüşündə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyib. Bu barədə “The Wall Street Journal” yazır.
Mənbənin sözlərinə görə, Tramp Zelenski və Makrona deyib ki, o, Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmir və Kiyevə yardımda əsas rolu Avropa ölkələri oynamalıdır. Eyni zamanda Tramp əlavə edib ki, o, “güclü və silahlı” Ukrayna görmək istəyir.
“O, atəşkəs rejiminə riayət etmək üçün Avropa hərbçilərinin Ukraynada olmasını istəyir. O, ştatların sazişə dəstək verəcəyini istisna etməyib, lakin ABŞ qoşunları bu işə cəlb edilməyəcək”, - mənbə bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.