AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Baş Naziri Qazaxıstanın Bakıdakı Səfirliyinə baş çəkib

  • + A
  • - A
  • Dünən, 14:34

    Azərbaycanın Baş Naziri Qazaxıstanın Bakıdakı Səfirliyinə baş çəkib

    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstanın Azərbaycandakı Səfirliyinə baş çəkərək, Azerbaijan Airlines aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı kitabında ürək sözlərini yazıb.

    “Ölkələrimiz üçün bu çətin və kədərli məqamda Qazaxıstan Hökumətinin operativ reaksiyasını, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyini, qardaş Qazaxıstan xalqının həssas mövqeyini yüksək qiymətləndirir, dərin təşəkkürümüzü ifadə edirəm. Azərbaycan Hökuməti də öz növbəsində hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində bütün səylərini səfərbər edib və hərtərəfli dəstəyini bundan sonra da davam etdirəcəkdir”, - deyə, Əli Əsədov yazıb.

    Öz növbəsində, Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycanın Baş Nazirinə diplomatik missiyaya baş çəkməsinə görə öz təşəkkürünü ifadə edib. O, iki qardaş ölkənin həmrəylik və qarşılıqlı yardımın rəmzli nümunəsini göstərdiyini vurğulayıb. Səfir Bayelin sözlərinə görə, faciə göstərib ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər. Əməkdaşlığın bu yüksək səviyyədə olması nikbinlik və qardaş xalqların rifahı naminə ortaq gələcəyin qurulmasına əminlik hissi verir.

    Prezidentlər K.Tokayevin və İ.Əliyevin tapşırığına əsasən, iki ölkənin aidiyyəti orqanları birgə işini davam etdirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR