AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Volodin 2025-ci ilin yanvarında Venesuela və Əlcəzairə səfər edəcək

  • + A
  • - A
  • Dünən, 18:11

    Volodin 2025-ci ilin yanvarında Venesuela və Əlcəzairə səfər edəcək

    Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2025-ci ilin yanvarında Venesuela və Əlcəzairə səfər edəcək. Bu barədə RİA Novosti məlumat yayıb.

    “Yanvarda Latın Amerikasına səfər zamanı biz seçilmiş prezident Nikolas Maduronun andiçmə mərasiminin keçiriləcəyi Venesuelaya səfər edəcəyik. Əlcəzairə də səfər olacaq”, - deyə o, jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, Rusiya ilə Əlcəzair arasında münasibətlər dinamik inkişaf edir və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir.

    Dekabrın 26-da Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Volodin yanvarın 10-da Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronun andiçmə mərasimində Rusiyanı təmsil edəcək.

    İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib və Maduro üçüncü dəfə qalib gəlib. Növbəti gün ölkədə etirazlar başlayıb, Karakasda polislə nümayişçilər arasında toqquşma olub. Respublika Baş Prokurorluğu 2000-dən çox adamın saxlanması barədə məlumat yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR