Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili bildirib ki, Tbilisi Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmağa can atır, çünki bu, xalqın tarixi seçimidir.
Dövlət başçısı vurğulayıb ki, bu məsələdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə spekulyasiyalardan tez-tez istifadə olunur.
"Təəssüf ki, bu cür fərziyyələr cəmiyyətimizi qütbləşdirməyə xidmət edir, ona görə də bu fərziyyələrə həqiqətlə qarşı çıxmaq bizim borcumuzdur və bu, Gürcüstanın Avropaya inteqrasiya kursundan heç bir tərəfə dönməməsindən ibarətdir", - Kavelaşvili qeyd edib.
O, həmçinin ABŞ-la münasibətləri dərinləşdirmək niyyətində olduğunu bəyan edib. Prezident Donald Tramp administrasiyası ilə “ölkələr arasında strateji münasibətlərin bərpa olunacağına” ümid etdiyini bildirib.
Bir gün əvvəl Gürcüstanın seçilmiş prezidenti Mixail Kavelaşvili rəsmən vəzifəsinin icrasına başlayıb. Onun sələfi Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib və sona qədər Prezident sarayını tərk etməyə razı olmayıb, lakin o, buna baxmayaraq, etirazçılara qoşulub. Zurabişvilinin sözlərinə görə, o, vəzifədən gedəndə özü ilə “legitimlik və bayraq” götürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.