AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rumıniya və Bolqarıstan Şengenə rəsmən qoşuldu

  • + A
  • - A
  • 2-01-2025, 09:11

    Rumıniya və Bolqarıstan Şengenə rəsmən qoşuldu

    Bolqarıstanın daxili işlər nazirləri - Atanas İlkov və Rumıniya - Katelin Predoyu Dunay üzərindəki körpünün sərhəd məntəqəsində Şengen zonasında sərbəst hərəkət hüququnu rəsmən açıblar.
    İki ölkənin 25 milyon sakini artıq Şengen zonasında sərbəst hərəkət edə bilən 450 milyon Aİ vətəndaşına qoşulacaq.

    Hər iki ölkə Avropa Birliyinə 18 il əvvəl qoşulub və Şengen zonasına daxil olmaq üzrə danışıqlar 2011-ci ildə başlayıb.

    Bolqarıstanın Türkiyə ilə sərhədi Aİ-nin xarici sərhədi olmaqla eyni zamanda Şengen zonasının xarici sərhədinə çevrilir və yanvarın 2-də Aİ ölkələrindən olan 100 polisdən ibarət birgə kontingent tərəfindən patrul ediləcək.

    Daha əvvəl yazmışdıq ki, bu, Sofiya və Buxarestin Şengen qəbulunun ən qızğın əleyhdarı olan Avstriyanın vetonu ləğv etməsindən sonra mümkün olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR