İranın bütün ərazisində İİKK tərəfindən genişmiqyaslı hərbi təlimlər keçiriləcək. “Böyük Peyğəmbər 19” ölkədə daha əvvəl başlamışdı.
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri, həmçinin “Bəsic” milli milis dəstəsinin hissələrinin iştirak edəcəyi irimiqyaslı hərbi təlimlər keçiriləcək”, - deyə İran İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təlimlər müdafiə və hücum çərçivəsində hərbi hissələr arasında koordinasiyanın yaradılmasına töhfə verməlidir. Təlimlərdə ən son texnikalardan istifadə olunacaq.
Qeyd edək ki, bundan əvvəl İranda SEPAH-nin “Böyük Peyğəmbər 19” hərbi təlimləri başlayıb, bu təlimlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələr məhdud vaxt şəraitində yerləşdirilməli və ölkənin hərbi sənayesinin ən son nailiyyətlərini tətbiq etməlidir. Kirmanşah əyalətində başlayan təlimlər həm də yerli sakinlər və “Bəsic” qüvvələri ilə qarşılıqlı əlaqənin qurulmasına töhfə verməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.