AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Rusiya Federasiyası və Belarusla beynəlxalq müqavilələrin dayandırılması layihəsini təqdim edib

  • + A
  • - A
  • Dünən, 23:56

    Zelenski Rusiya Federasiyası və Belarusla beynəlxalq müqavilələrin dayandırılması layihəsini təqdim edib

    Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusla əməkdaşlığa dair bir sıra beynəlxalq müqavilələrin fəaliyyətinin dayandırılmasına dair qanun layihəsini Ali Radaya təqdim edib. Bunu Ukrayna Ali Radasının saytında yer alan məlumatlar sübut edir.

    Söhbət hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında sazişlərdən gedir. Qanuna verilən izahat qeydində qeyd olunur ki, dövlətlər arasında poçt rabitəsi dayandırılıb, ona görə də bu qanundan irəli gələn öhdəlikləri yerinə yetirmək mümkün deyil.

    Həmçinin, layihəyə hüquq-mühafizə sahəsində əməkdaşlığa dair 26 beynəlxalq müqavilə əlavə edilib, onların qüvvəsinin Ukraynada dayandırılması planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR